XƏBƏRLƏR / Mədəniyyət

Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edildi

Dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi

Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

    APA xəbər verir ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə o, bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

    Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

    Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.