Orduda şəxsi heyətin döyüş təchizatı yoxlanıldı VİDEO

Müdafiə Nazirliyi xəbər verir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yeni tədris ilinə hazırlıq çərçivəsində hərbi hissələrdə sıra baxışları keçirilib, bölmələrin maddi-tədris bazaları, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, yeni tədris ilinin başlaması ilə əlaqədar birləşmə və hərbi hissələrdə keçirilən təntənəli mərasimlərdə çıxış edənlər ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğunu qeyd edib və yeni tədris ilində keçirilən məşğələlərdə əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına, Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilməli olduğunu bildirərək yeni tədris ilində şəxsi heyətə uğurlar arzulayıblar.

    Sonra tribuna önündən təntənəli keçid olub.