XƏBƏRLƏR / Hərbi

Ötən həftə 16 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA həftəlik məlumatı açıqlayıb

Ötən həftə 16 partlamamış hərbi sursat zərərsizləşdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

    ANAMA-dan bildirilib ki, mayın 13-dən 19-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24, tank əleyhinə 11 mina və 16 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Ötən həftə ərzində 308.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.