BLOQ / Yaddaş

Pakistan 78-ci Müstəqillik Gününü qeyd edir

Qardaş xalqı bu münasibətlə təbrik edirik

Pakistan 78-ci Müstəqillik Gününü qeyd edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Pakistan 78-ci Müstəqillik Gününü qeyd edir.

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin 78-ci Müstəqillik Günü münasibətilə müraciətində deyib ki, ordumuzun hərbi qüdrəti, şücaəti və inamı düşməni diz çökdürdü.

    “Bir millət olaraq biz bu illər ərzində bir çox çətin sınaqlarla üzləşmişik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə edə bilmişik”, - deyə Baş nazir bildirib.

    O qeyd edib ki, Hindistanla eskalasiya zamanı əldə olunan qələbə milli ruhun yüksəlişinin nəticəsidir.

    Kanalımız qardaş Pakistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etməkdən məmnundur! Pakistana sülh, sabitlik, firavanlıq və yeni nailiyyətlər arzulayırıq!

    Qoy Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq əlaqələrimiz hər gün daha da möhkəmlənsin, ölkələrimizə sülh, inkişaf və firavanlıq gətirsin.

    Pakistan zinda baad!