XƏBƏRLƏR / Elm və Texnologiya

Pakistan Bayraktar TB2 PUA-sını ciddi təkmilləşdirib

Türkiyə istehsalı olan PUA indi Pakistanın lazerlə idarə olunan tank əleyhinə BURQ raketi ilə təchiz olunub

Pakistan Bayraktar TB2 PUA-sını ciddi təkmilləşdirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan yerli istehsal etdiyi BURQ lazerlə idarə olunan hava-yer tipli tank əleyhinə raketini Türkiyənin BayraktarTB2 PUA-sına inteqrasiya edib.

    Bu barədə  "DefenceTürk" X sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

    Raketin uçuş məsafəsi 8 km, çəkisi isə 45 kq-dır. BURQ düşmənin şəxsi heyətini, yüngül zirehli texnikasını, sığınacaqlarını və binalarını yüksək dəqiqliklə vurmağa qadirdir. Yarı aktiv lazer axtarışı və ən son naviqasiya texnologiyaları onu hərəkətli və statik hədəfləri dəqiqliklə vurmağa qadir olan müstəsna dərəcədə dəqiq və elit silah sisteminə çevirir.