Yaponiya uçan avtomobillərin istehsalına başlayıb
Onun maksimal uçuş məsafəsi 15 kilometrdir
“Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.
İvata şəhərində yerləşən müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.
Salonda üç oturacağı olan “Skydrive SD-05” avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir.
Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir. 2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.