Pakistan və Azərbaycanın ticarət-iqtisadi yol xəritəsi
Bu barədə Pakistan mətbuatı xəbər verir

Ticarət Nazirliyinin bəyanatında deyilir ki, Pakistan və Azərbaycan uzunmüddətli əməkdaşlığın təməli kimi insanlar və biznes əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, ticarət-iqtisadi yol xəritəsinin icrasını müzakirə ediblər.
Bu, Pakistanın baş nazirinin ticarət koordinatoru Rana İhsan Əfzal Xan ilə Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov arasında Koordinatorluğun ofisində keçirilən görüşdə baş verib.
Görüşdə ticarət-iqtisadi yol xəritəsinin icrası müzakirə edilib, özəl sektor investisiyalarının cəlb edilməsi və qorunmasının vacibliyi vurğulanıb.
Gələcək əməkdaşlığı asanlaşdırmaq üçün aviasiya sektorunda potensial imkanlar da araşdırılıb.
"Görüş müsbət nota ilə başa çatıb, çünki hər iki tərəf iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı faydalı investisiyalar üçün yeni imkanların açılmasına sadiq olduqlarını təsdiqləyib", - deyə Ticarət Nazirliyinin açıqlamasında bildirilir.