XƏBƏRLƏR / Neft və Qaz

Pakistanda nəhəng neft-qaz yatağı aşkar edilib

Deyilənə görə, ehtiyatlar o qədər böyükdür ki, ölkənin taleyini kökündən dəyişə bilər

Pakistanda nəhəng neft-qaz yatağı aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pakistan ciddi iqtisadi çətinliklərlə üzləşdiyi bir vaxtda: siyasi qeyri-sabitlik, aşağı iqtisadi artım (inkişaf etməkdə olan ölkə üçün) və dollar borcunu ödəməkdə problemlər olan bir vaxtda, uzun illər aparılan tədqiqatlar və kəşfiyyatlardan sonra ölkə hakimiyyəti nəhəng neft və qaz ehtiyatının aşkarlandığını elan edib.

    Ehtimallara görə o, dünyada dördüncü ən böyük yataq ola bilər. Bu kəşf, böyük düşməni olan Hindistanla müqayisə oluna biləcək böyümə və hərbi qüdrətini qorumaq üçün mübarizə aparan bu iqtisadiyyat üçün “göydən düşmə” kimi ola bilər.

    İxtisaslaşdırılmış KİV və yerli mətbuatın məlumatına görə, kəşf onun ərazi sularında mühüm neft və təbii qaz yatağında edilib. "elEconomista" dərgisinin fikrincə, ehtyyatlar o qədər böyükdür ki, ölkənin taleyini kökündən dəyişə bilər.

    Kəşfiyyat və tender təklifləri nəzərdən keçirilir, lakin faktiki hasilat bir neçə il çəkə bilər. Quyuların qazılması və neft və qazın çıxarılması prosesi, yəqin ki, bu sahədə daha böyük təcrübəyə malik olan xarici şirkətlərin köməyi ilə daha çox investisiya və infrastrukturun inkişafı tələb edən uzunmüddətli səy (və investisiya) ola bilər. Bu şirkətlərin arasında SOCAR da ola bilər.

    Pakistan hal-hazırda da xam neft hasil edir. Rəsmi məlumatlara görə, onun gündəlik neft hasilatı təqribən 60 min barel təşkil etdiyi halda, daxili tələbatı ödəmək üçün hər gün 700 min bareldən çox neft idxal etməlidir.