XƏBƏRLƏR / İdman

Paris-2024: Hacı Əliyevin ilk rəqibi bəlli olub

Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək

Paris-2024: Hacı Əliyevin ilk rəqibi bəlli olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.

    Hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.

    Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev bu raundda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

    Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq.

    Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.