XƏBƏRLƏR / Münaqişə

"Koalisiya" Ukraynanı uzaqmənzilli raketlərlə təchiz edəcək

"Könüllülər Koalisiyası"nın üzvləri Trampla videobağlantı vasitəsilə danışıblar

"Koalisiya" Ukraynanı uzaqmənzilli raketlərlə təchiz  edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:00

    "Könüllülər Koalisiyası"nın üzvləri Ukraynanı uzaqmənzilli raketlərlə təchiz etməyə hazırdırlar, Britaniyanın Baş naziri bildirib.

    Qeyd edək ki, Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron arasında artıq Parisdə görüş keçirilib və hazırda koalisiya üzvləri Trampla videobağlantı vasitəsilə danışırlar — Fransız mediası xəbər verir.

    ***

    14:37

    ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Könüllülər Koalisiyası"nın iclasını 20 dəqiqədən sonra tərk edib

    Yelisey Sarayı bunun planlaşdırıldığını və xüsusi nümayəndənin daha sonra, Avropa liderləri Trampa zəng edəndə qayıdacağını bildirib.

    Onun Parisdə Ukrayna nümayəndə heyəti ilə görüşünün planlaşdırıldığı da bildirilir.

    ***

    Fransanın paytaxtı Parisdə Yelisey sarayında “Könüllülər Koalisiyası”nın toplantısı başlayıb.

    Artıq gələnlər:

    Ukrayna Prezidenti Vladimir Zelenski
    Fransa Prezidenti Emmanuel Makron
    Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen
    Finlandiya Prezidenti Alexander Stubb
    Danimarkanın Baş naziri Mette Frederiksen
    Polşanın Baş naziri Donald Tusk
    ABŞ-ın xüsusi elçisi Uitkoff

    Digər liderlərin videokonfrans vasitəsilə qoşulması gözlənilir. Donald Trampa ayrıca zəng də planlaşdırılır.