Xankəndi hələ də internetsizdir
Dünən Vardanyanın Xankəndidə keçirdiyi brifinqdən sonra həddən artıq yüklənmə interneti iflic edib
Xankəndidə sabit internet xidmətləri hələ də mövcud deyil. "News.am" xatırladır ki, yanvarın 12-də internet kəsilib. Qarabağın "hüquq müdafiəçisi" Qeqam Stepanyan Azərbaycan tərəfinin "həyati vacib infrastrukturların işini qəsdən iflic vəziyyətinə saldığını qeyd edərək, dövlətləri və beynəlxalq strukturları, ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Rusiya, ABŞ və Fransanı yardıma çağırıb".
ANS Press xatırladır ki, dünən Vardanyanın Xankəndidə keçirdiyi brifinqdən sonra həddən artıq yüklənmə interneti iflic edib.