Parisdə Natəvana həsr olunmuş ədəbi-musiqili tədbir keçib
Tədbirdə səfir Leyla Abdullayeva, fransalı jurnalistlər, alimlər və digər qonaqlar iştirak ediblər

Fransanın paytaxtı Parisdə Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvana həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı jurnalistlər, alimlər və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.
Gecəni giriş sözü ilə açan səfir Leyla Abdullayeva Natəvanın Azərbaycan ədəbiyyatında və milli yaddaşında xüsusi yerini vurğuladı. O, 1858-ci ildə Qafqaza səfər etmiş fransız yazıçısı Aleksandr Dümanın Qarabağın mədəni zənginliyinə heyranlıqla yazdığını da xatırladıb.
Gecədə Natəvanın şeirləri həm Azərbaycan, həm də fransız dillərində səsləndirilib.
Musiqili proqramda tanınmış incəsənət ustalarının ifaları səsləndirilib.