XƏBƏRLƏR / Siyasət

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana gəlib

Aeroportunda qonağı Azərbaycanın BMT-nin Cenevrədəki bölməsində daimi nümayəndəsi Qalib İsrafilov qarşılayıb

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq mayın 4-də ölkəmizə səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş katib Martin Çunqonqu və xanımı Stella Çunqonqu Azərbaycanın BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov ilə digər rəsmi şəxslər qarşılayıblar.