Paşinyan: 44 günlük müharibə zamanı 12600 fərarimiz olub
Bunu baş nazir Ermənistan parlamentinin komissiya iclasında bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı 12600 erməni əsgərinin döyüş meydanını tərk etdiyini bildirib.
Onun sözlərinə görə, müəyyən edilmiş fərarilik halları, əmrə tabe olmama və xidməti vəzifədən imtina ilə bağlı cinayət işləri başlanıb.