"Paşinyan Rusiyanı Qərbə dəyişir!"
Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ittihamlar səsləndirib
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ittihamlar səsləndirib. Zatulin “Qovorit Moskva” radiosuna bildirib ki, Avropa ölkələri və ABŞ münaqişənin həllində erməni tərəfinə kömək etmək niyyətində deyil, amma Nikol Paşinyan Rusiya kimi müttəfiqini onlara dəyişir. “Paşinyan hakimiyyəti manevr edir. Son altı ayda Ermənistan açıq şəkildə müttəfiqlərini dəyişməyə çalışır. Rusiyanı Qərblə əvəzləyir”, - Zatulin bildirib.
Zatulinin sözlərinə görə, Ermənistan hökuməti bir tərəfdən, Qarabağdakı vəziyyətin nizamlanmasının Rusiya variantını qəbul etmək istədiyini bəyan edir, digər tərəfdən isə KTMT-də fəal iştirak etməməkdən danışır”.
“Bunlar son 6 ayda açıq şəkildə müttəfiqlərini dəyişməyə çalışan Paşinyan hakimiyyətinin manevrləridir. Rusiyanın əvəzinə Qərb. Və bu anonsların eyni vaxtda verilməsi Ermənistan hakimiyyətinin oynamasından xəbər verir”.