Paşinyan axır ki Rusiyaya yollandı
Bundan əvvəl Ermənistan rəhbərliyi Rusiyanın iştirakı ilə keçirilən tədbirlərə qoşulmurdu

Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa gedib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Avrasiya Ali İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.
Bundan əvvəl o, noyabrda Minskdə keçirilən KTMT sammitinə, oktyabrda isə Bişkekdə Aİİ və MDB hökumətlərarası şuralarına məhəl qoymayıb.