XƏBƏRLƏR / İdman

Plyuşenko beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib

Plyuşenko beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2026–2027 mövsümündən etibarən perspektivli fiqurlu konkisürən Aleksandr Plyuşenko beynəlxalq fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edəcək.

    Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib.

    Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanladığı müraciəti müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.

    Azərbaycan Qış İdman Növləri Federasiyası qarşıdakı dövrdə də fiqurlu konkisürmə ilə yanaşı digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, paralel olaraq milli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində effektiv fəaliyyətini davam etdirəcək.