“Elfsborq” – “Qarabağ” matçının hakim briqadası məlum olub
Ağdamlılar Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda İsveçdə yerli "Elfsborq"la qarşılaşacaq
Avropa Liqasının əsas mərhələsinin 6-cı turunun İsveçin "Elfsborq" və Azərbaycanın "Qarabağ" klubları arasında Borasda keçiriləcək oyununu idarə edəcək hakimlər bəlli olub.
Baş hakim Antonio Nobre təyin olunub və ona laynsmenlər Pedro Ribeyro və Nelson Pereyra kömək edəcək. Hər üçü Portuqaliyanı təmsil edir. Dördüncü hakim hələ açıqlanmayıb.
“Elfsborq” – “Qarabağ” oyunu dekabrın 12-də “Boras Arena” stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da (dekabrın 13-ü Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində “Elfsborq”la oyun üçün İsveçə yollanıb.
Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.