Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan Prezidentini və birinci xanımı Vyetnamın Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai yola salıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.
Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola saldılar.
1 dəqiqədən az