Prezidentin Cənub səfəri davam edir YENİLƏNİR FOTO
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
15:00

Prezident İlham Əliyev Neftçala rayonuna səfər edib.

İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
***
13:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

***
12:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.


***
12:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə tanış olub.





***
11:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib.


***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.
Dövlət başçısı “Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

1 dəqiqə