XƏBƏRLƏR / İctimaiyyət

17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb

17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya (geri qəbul) edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

    Bildirilib ki, geri qəbul edilmə prosesi "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.