Prezident Makrona qarşı impiçment proseduruna başlanılıb
Fransa Milli Assambleyasının Bürosu impiçment prosedurunun başlanmasını təsdiqləyib YENİLƏNİB
16:30
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu ölkə prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib. Bu barədə "Parisien" qəzeti yazır.
Qəzet yazır: “Milli Assambleyanın Bürosu Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunu təsdiqləyib”.
Büro parlamentin aşağı palatasının ali kollegial orqanıdır. Hazırda onun 22 üzvündən 12-si solçudur.
Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifi solçu “Fəth olunmamış Fransa” partiyası tərəfindən irəli sürülüb.
***
Solçu "İtaətsizlik Fransa" (La France insoumise, LFI) partiyası prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlayıb.
Partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano X sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, respublika prezidentinə qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə təklifi bu gün birgə imzalanması üçün parlamentarilərə göndərilib. Makron seçicilərin etdiyi seçimə tabe olmaqdan imtina edir, ona görə də biz onu kənarlaşdırmalıyıq”, – o yazıb. Söhbət impiçmentə başlamaq üçün parlamentin çağırılması barədə qətnamədən gedir.