XƏBƏRLƏR / Mədəniyyət

Prezident nazirin birinci müavini vəzifəsini ləğv etdi

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb

Prezident nazirin birinci müavini vəzifəsini ləğv etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib. Daha bir dəyişikliklə nazirin müavinlərinin sayı 4 olaraq müəyyənləşib.

    Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.