XƏBƏRLƏR / Mədəniyyət

Toto Kutunyo dəfn edilib

İfaçı son mənzilə alqışlarla və ən məşhur mahnısı “l'Italiano” ilə yola salınıb

Toto Kutunyo dəfn edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya şöhrətli italiyalı müğənni Toto Kutunyo bu gün dəfn edilib.

    Bu barədə ANSA agentliyi məlumat yayıb.

    Dəfn mərasimində iştirak edənlər ifaçını son mənzilə alqışlarla və onun ən məşhur mahnısı “l'Italiano” ilə yola salıblar.

    Xatırladaq ki, İtaliya estradasının ulduzu, müğənni-bəstəkar Toto Kutunyo 22 avqust tarixində 80 yaşında Milandakı San-Raffaelle klinikasında vəfat edib. Uzun sürən xəstəlikdən sonra Kutunyonun səhhətində son aylar daha da pisləşmə müşahidə olunub.