Azərbaycan filmləri Aktau festivalında mükafatlar qazanıb
Qazaxıstanın Aktau şəhərində Türk Dünyasının V "Korkut Ata" Beynəlxalq Film Festivalı keçirilib

Qazaxıstanın Aktau şəhərində keçirilən Türk Dünyasının V "Korkut Ata" Beynəlxalq Film Festivalında Azərbaycan filmləri mükafatlar qazanıb.
Festivalda film nümayişi, yaradıcılıq görüşləri və film müzakirələri aparılıb.
Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino qurumlarının rəhbərlərinin iştirakı ilə sammit keçirilib. Azərbaycan Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib.
Festival çərçivəsində Azərbaycan və Qazaxıstan arasında kinematoqrafiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
Festivaldan sonra Azərbaycan filmləri bir neçə nominasiya üzrə mükafatlar qazanıblar:
- Bədii film kateqoriyasında "Tağıyev: Neft" "Ən yaxşı aktyor" mükafatını qazandı;
- "Bəlkə də" "Ən yaxşı ssenari" mükafatını qazandı;
- “Nargin” tammetrajlı bədii sənədli filmi “Sənədli film” nominasiyası üzrə ikinci yerə layiq görülüb.