XƏBƏRLƏR / Mədəniyyət

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Bu barədə İRNA xəbər verir

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
Məhəmməd Mehdi İsmaili
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.

    İRNA xəbər verir ki, o, mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.

    “Mən bu həftə keçiriləcək regional sammitdə iştirak etmək üçün tezliklə Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcəyəm”, - nazir bildirib.

    Məhəmməd Mehdi İsmaili səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirməklə yanaşı, qarşılıqlı mədəni əlaqə və əməkdaşlıq səviyyəsini artırmağa çalışacaqlarını da söyləyib.