Prezidentliyə namizədlər səsvermədə iştirak ediblər

Prezidentliyə yeddi namizəd var VİDEO

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda növbədənkənar prezident seçkilərinə namizədlər səsvermədə iştirak ediblər.

    Prezidentliyə namizəd Fuad Əliyev 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verib.

    Prezidentliyə namizəd Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Prezidentliyə namizəd Elşad Musayev 19 saylı Nərimanov 1 saylı seçki dairəsinin 3 saylı seçki məntəqəsində səs verib.

    Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səs verib.