Hacıyev: Hindistan Ermənistanı İran vasitəsilə silahlandırır
Bakı Ermənistan və Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsindən narahatdır
Bakı Ermənistan və Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsindən narahatdır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan ilə görüşdə bu məsələni müzakirə edib.
Hacıyev Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması ilə bağlı mediada yayılan foto və videolardan da narahatlığını bildirib.
Bakı Nyu-Dehlini Hindistanın Ermənistana silah tədarükü ilə bağlı qərarına yenidən baxmağa çağırıb.
"Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamaq üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə silah tədarükü hərbiləşdirməyə və vəziyyətin gərginləşməsinə yol açır, Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasına mane olur", - Hacıyev bildirib.
Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığını rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanın Ermənistana silah tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.