Priqojinin öldüyü təyyarə qəzası araşdırılmır
Rusiya Yevgeni Priqojinin “Embraer” biznes-jetinin qəzaya uğraması ilə bağlı araşdırmada Braziliyadan olan mütəxəssislərlə əməkdaşlıqdan imtina edib
"Rusiya hadisənin araşdırılmasında Priqojinin qəzaya uğrayan təyyarəsinin istehsal olunduğu Braziliyadan olan mütəxəssislərin iştirakından imtina edir".
“Reuters” xəbər verir ki, Rusiya Yevgeni Priqojinin “Embraer” biznes-jetinin qəzaya uğraması ilə bağlı araşdırmada Braziliyadan olan mütəxəssislərlə əməkdaşlıqdan imtina edib.
Agentliyin məlumatına görə, Moskva Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) məlumat verib ki, Braziliyada istehsal olunan "Embraer Legacy 600" təyyarəsinin qəzaya uğramasının hazırda beynəlxalq qaydalara uyğun olaraq araşdırılması planlaşdırılmır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) qeyd edib ki, Moskvadan Sankt-Peterburqa “Embraer Legacy 600” reysi daxili reysdir, ona görə də Rusiya beynəlxalq qaydalara uyğun araşdırma aparmağa və xarici mütəxəssisləri cəlb etməyə borclu deyil.