XƏBƏRLƏR / Hərbi

“PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində görüş olub

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib

“PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində görüş olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün  ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti “PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində ölkəmizə səfər edib.  

    Görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.

    Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.