XƏBƏRLƏR / Siyasət

Putin: Sülh Şurasına $1 mlrd-ı dondurulmuş pullardan verin

Bunu Rusiya Prezidenti Təhlükəsizlik Şurasının iclasında deyib

Putin: Sülh Şurasına $1 mlrd-ı dondurulmuş  pullardan verin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Putin ABŞ-da dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları "Sülh Şurası"na bağışlamağa hazır olduğunu bildirib.

    Daha əvvəl o, Kremlin hələ Rusiyanın "Sülh Şurası"nda iştirakı ilə bağlı qərar vermədiyini bildirib.

    ABŞ-da dondurulmuş aktivlərin "Şura"ya bağışlanması təklifi daha çox trolluğa bənzəyir.

    Putin Trampın "Sülh Şurası"na qoşulmaq üçün şəxsi dəvətini aldığını və ABŞ prezidentinə bunun üçün təşəkkür etdiyini, lakin hələ razılaşmadığını bildirib.

    O, Rusiya Xarici İşlər Nazirliyinə "Sülh Şurası"nın təklifini öyrənməyi və tərəfdaşlarla məsləhətləşmələri tapşırdığını, bundan sonra Rusiyanın cavab verəcəyini bildirib.