Rusiya Prezidenti Vladimir Putinin Suriya safarisi çox uzaqhədəflidir. Torbada təkcə pişik yox... həm də Tramp, PKK mövzusu var.
PKK mövzusunda Moskva, Kreml həmişə... fikir verin, həmişə, açıq mətnlə yox... yox... xüsusi işarələr, şifrəli mətnlər, rəmzlərlə danışıb. Sovet dönəmində də, elə indi də. Oxşar şifrəqaramlarla indi Vladimir Putin də danışır. Adi misal. Vladimir Putin Türkiyəyə 2018-ci ilin 3-4 aprel tarixində səfər edib. Həmin gün PKK-çılar adətən Türkiyə səfirlikləri önündə səfərbər olub Abdulla Ocalanın doğum gününü qeyd edər, zurna-balaban çalar, yallı gedər, havada antitürk şüarları səsləndirərlər.
Putinin həmin bu gündə Türkiyəyə səfəri subliminal mesaj məzmunlu idi. Üstüörtülü təkliflərlə zəngindir. Əsl siyasi danışıqlar da, bax, bu cür subliminal mesajların qalın kölgəsində, yaxın çevrəsində, çərçivəsində aparılır adətən. Mövzu əvvəlcədən çox zəif işiıqlandırılır. Silueti, skileti göstərilir əvvəlcə.
İndi oxşar subliminal mesajları havada rəsmi Türkiyə sərgiləyir.
Trampın Bayden üzərindəki qələbəsini PKK mövzusunda davam etdirir. PKK/JPG hərbi düşərgələrini Suriyada, İraqda yer üzündən silir.
PKK/JPG "brendləri" ABŞ demokratları ilə Fransa liberallarının bigə inhisarında, tabeçiliyindədir. 1998-ci il “Adana sazişi”ni Suriya rejininə ABŞ demokratları, Bill Klinton imzalatdırıb. Öcalanı Suriyadan çıxarıb. Ən vacibi PKK arxivlərinə, məxfi şifrələrinə yiyələniblər. Ticari sövdələşmənin son detalları Moskvada, o vaxtkı Rusiya Dövlət Dumasının “Geopolitika” komitəsnini sədri Aleksey Mitrofanovun bağında dəqiqləşdirilib, Jirinovskinin iştirakı ilə. PKK arxivləri ABŞ demokratlarına ötürülüb, bir də Fransa, İsrail kəşfiyyatına; qəşəng nağd pul qarşılığında.
PKK-nı satın alan Avropa liberalları ilk növbədə onun ideoloji əsasını, fəlsəfəsini dəyişirlər. Marksizm-leninizm fəlsəfəsi ABŞ anarxiisti Murrey Bukçinin “dövlətsiz idarəetmə” modeli ilə əvəzlənir. Son nəticədə Suriyanın quzeyində, Türkiyənin burnu ucunda “Rojava” muxtar kürd bölgəsi yaradılır. Yəni, müasir bir "Çənlibel" qondarırlar Türkiyəyə qarşı. Femenist, liberal, anarxist idarəetmə modellərini məhz bu ünvanda anonslayıb tirajlayıblar.
Donald Tramp əvvəlcədən, hələ 2019-cu ildən bu projenin qəti əleyhdarı idi. ABŞ demokratlarının bu beynəlxalq layihəsini qəti qəbul etmirdi. Məhz nu səbəbdən Tramp o vaxt Ərdoğanın Suriya sərhədindəki “Zeytun dalı, Barış pinarı” əməliyyatlarına yaşıl işiıq yandırmışdı.
İndi, ABŞ səmalarında Tramp ulduzu yenidən parlayınca rəsmi Ankara, Ərdoğan yenidən əvvəlki, 2019-cu il ssenarisinə, növbəti “Barış pinarı” əməliyyatına qayıtdılar.
Vacib detal: Bu “Rojava” liberal layihəsi 2016-cı ilin 17 martında rəsmiləşdirilib. Həmin 17 mart tarixi qədim Roma, yunan tanrısı “Libera”nın doğum günü sayılır. Bu tarixdə kütləvi özbaşınalıq, eyş-işrət, hər cür azadlıq elan edilirmiş qədim yunan, roma cəmiyyətində. Necə deyərlər, NO KOMMENT.
Qısası, Donald Trampın Ağ evə qayıdışı bu dəfə “Evdə tək” filmini xatırlatmayacaq. Bu dəfə Tramp tək yox... öz komandası, öz kommandosları ilə birgə dünya siyasi arenasında öz iti qılıncını oynadacaq. Siyahıda məbəd cəngavərləri - müasir tampliyerlər, üzr istəyirəm “Trampliyerlər” - Viktor Orban, Vladimir Putin, həm də cənab Ərdoğan var.
P. S. Qayıdaq məqaləmizin əvvəlindəki 3 aprel mövzusuna. Vladimir Putin kimi Avropa liberalları da Öcalanın doğum günü subliminal mesaj ötürüblər mass-media səhifələrinə. 2003-cü ilin 3 aprel tarixində Avropa məhkəməsi PKK-nı terror təşkilatı siyahısından silib. Hər iki subliminal mesaj fərqlidir. Avropa Şurasının başına keçmiş Viktor Orban deyəsən bu mesajlardan birini tezliklə neytrallaşdıracaq.