XƏBƏRLƏR / Siyasət

Qafarova ilə Simonyan İsveçrədə görüşə bilər

Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin görüşünün keçirilməsini Parlamentlərarası İttifaq təşkil edir

Qafarova ilə Simonyan İsveçrədə görüşə bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvan Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin mart ayında İsveçrədə görüşməsini mümkün hesab edir, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın ofisindən Ermənistan KİV-nə bildiriblər.

    Parlamentlərarası İttifaqın (PAİ) baş katibi Martin Çunqonq bir müddət əvvəl bildirmişdi ki, martda ittifaqın növbəti assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin görüşünün keçirilməsi planlaşdırılır.

    Simonyanın ofisi bildirib ki, martın 23-dən 27-dək keçiriləcək görüşlə bağlı hələlik konkret təklif verilməyib. Bununla belə, “analoji formatda görüş müzakirə oluna bilər”, - mətbuat xidmətindən bildiriblər.