XƏBƏRLƏR / Ekologiya

Qanunsuz ov edən ərəblər saxlanıldı

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib

Qanunsuz ov edən ərəblər saxlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

    Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.