"Qarabağ" futbol klubu Qarabağa yollandı
Sabah Xankəndidə futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunu keçiriləcək
“Qarabağ” Şuşaya yollanıb: Sabah MOİK-lə Xankəndində oyun olacaq
Ağdam “Qarabağ”ı və paytaxt MOİK-i bu gün təyyarə ilə Füzuliyə yollanıb, oradan Şuşaya gedəcək və burada otellərin birində məskunlaşacaqlar.
Sabah komandalar futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsini keçirməli olacaqlar. Oyun hazırlıq işlərinin aparıldığı Xankəndi şəhər stadionunda baş tutacaq.
Sabahkı oyuna böyük azarkeş qrupu gedəcək. Azerisport saytının məlumatına görə, qarşılaşmaya ümumilikdə 6000-ə yaxın tamaşaçının gələcəyi gözlənilir.
Qarşılaşma saat 14:00-da başlayacaq.