"Qarabağ" komandası Vətənə qayıdıb FOTO
Hava Limanında idman ictimaiyyətinin nümayəndləri, jurnalistlər və azarkeşlər qarşılayıblar
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.

Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndləri, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

1 dəqiqədən az