Qarabağ Universitetində ilk dəfə 2 gənc əməkdaşın toyu olub
Fatimə Səfərova və Elxan Qurbanlının ailə həyatı qurmaqları haqda universitetin rektoru Şahin Bayramov xəbər verib

Qarabağ Universitetində sevincli hadisə - iki gənc əməkdaşın toyu olub.
Fatimə Səfərova və Elxan Qurbanlı ailə həyatı qurublar.
Bu xəbəri universitetin rektoru Şahin Bayramov sosial şəbəkədə paylaşaraq, əməkdaşların toyunun bütün kollektivin böyük sevincinə səbəb olduğunu vurğulayıb.
"Xankəndi şəhərində keçirilən toy şənliyi Qarabağ Universitetinin doğma Qarabağımızda həyatın bərpası prosesində fəal iştirakının daha bir göstəricisidir. Əməkdaşlarımızı ürəkdən təbrik edir, onlara xoşbəxt ailə həyatı arzulayırıq. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz qürurdur!", - deyə rektor qeyd edib.