XƏBƏRLƏR / Qayıdış

Qarabağ Universitetinin yeni korpusları yaradılır

Bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib

Qarabağ Universitetinin yeni korpusları yaradılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır.

    Bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.

    Onun sözlərinə görə, 2025-ci ildə Şuşa şəhərində başlamaqla, 2026-cı ilin sentyabrına planlaşdırılmaqla Musiqi və incəsənət, Turizm fakültələri üçün bina inşa olunacaq:

    “Bununla yanaşı, 2025-2026-cı ildə başlamaqla, 2027-ci ilin sentyabrında Kənd təsərrüfatı fakültəsi üçün Xocalı şəhərində binanın istifadəyə verilməsi planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində hər hansı korpusunun olması nəzərdə tutulmur”.