Qarabağ ermənilərin növbəti silah-sursat anbarı VİDEO
Müdafiə Nazirliyi xəbər verir
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib.