Qarabağda qalan ermənilər ərazini yavaş-yavaş tərk edir
Bunu BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib
İki nəfər BQXK-nın müşayiəti ilə könüllü olaraq Qarabağdan Ermənistana aparılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, insanlar öz xahişləri ilə Ermənistana aparılıb.
Amatuninin sözlərinə görə, bu müddət ərzində onlar Qarabağda 20-yə yaxın erməniyə müxtəlif məsələlərdə yardım edib, onların Qarabağdan kənarda yerləşən qohumları ilə əlaqə saxlamağa kömək ediblər.
Qızıl Xaç Cəmiyyətinin köməyi ilə 2023-cü ilin oktyabr ayından indiyədək 50-dən çox insan Ermənistana aparılıb.