Qarabağdakı qondarma qurum özünü buraxdı
Bu barədə qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "qərar" imzalayıb
Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Bu barədə qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "qərar" imzalayıb.
Bildirilir ki, 2024-cü il yanvarın 1-dək bütün qondarma "təşkilatlar" və "qurumlar" ləğv edilir və "Artsax" öz fəaliyyətini dayandırır.
Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.