"Qarabağ"ın gənclər komandası"Benfika"ya 7:1 uduzub
Bu gün UEFA Gənclər (U19) Liqası da start götürüb

Bu gün əsas Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqası da start götürüb. Azərbaycanı burada ölkə Gənclər Liqasının çempionu “Sabah” və Çempionlar Liqasının əsas turnirinə qatılan əsas komanda sayəsində avrokuboklara vəsiqə qazanan “Qarabağ” təmsil edir.
“Qarabağ”ın yetirmələri böyüklərlə eyni rəqiblə oynasalar da, səkkiz yox, altı oyun keçirəcəklər.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu gün Lissabonda "Benfika" ilə oynayıb və 1:7 hesabı ilə məğlub olub.
Ağdamlıların yeganə qolunu 85-ci dəqiqədə hesanb 7:0 olanda 8 nömrəli oyunçu Əli Qazıbəyov vurub.