XƏBƏRLƏR / Dünya

"Qarabağın real əhalisi 40 min nəfərdən çox deyil"

Litvanın əsas nəşrlərindən biri olan “Alfa” portalı Qarabağdakı vəziyyət və Ruben Vardanyanın kim olduğu haqda yazıb

"Qarabağın real əhalisi 40 min nəfərdən çox deyil"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Litvanın əsas nəşrlərindən biri olan “Alfa” portalı Qarabağdakı vəziyyət, Ruben Vardanyanın cəhdləri və onun rus dilində həyata keçirdiyi maxinasiyalarla bağlı maraqlı material hazırlayıb.

    “Qarabağdakı qaçqınlarla bağlı məlumatların toplanması missiyasında iştirak edən Vatikanın Aiuto alla Chiesa che soffre (ACS) Fondunun  məlumatlarına görə, bölgədə 120 min erməni ola bilməz. Qarabağ təmsilçiləri əhalinin sayını ən azı 3 dəfə artırırlar”, - nəşr rəqəmlərə istinad edir.

    Müəlliflər Ruben Vardanyanın Rusiya hakimiyyəti ilə əlaqələrindən, biznesindən də bəhs edirlər. Rusiya vətəndaşlığından nümayişkaranə şəkildə imtina etməsinə baxmayaraq, Vardanyan əslində Rusiyanın ən varlı adamlarından biri olaraq qalır - onun aktivləri 1 milyard dollar qiymətləndirilir. Roldugin. Ona görə də Vardanyanın kimin adamı olduğuna az adam şübhə edir”.