XƏBƏRLƏR / Kriminal

Qardaşların cəsədlərində çoxsaylı ölümcül işgəncə izləri var

Bu barədə qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib

Qardaşların cəsədlərində çoxsaylı ölümcül işgəncə izləri var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Yekaterinburq şəhərində Rusiyanın amansız güc strukturlarının qətlə yetirdiyi qardaşlarımın Bakıya gətirilmiş cəsədlərinin tanınması üçün dəvət olunduğum və iştirak etdiyim məhkəmə tibbi ekspertizası zamanı gördüyüm mənzərə məni daha da dəhşətə gətirdi”.

    Bu barədə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.

    “Onların bədənindəki çoxsaylı ölümcül işgəncə izləri Rusiya tərəfinin qardaşlarımın ölüm səbəbi barədə uydurub yaydığı xəbərin tamamilə cəfəngiyyat olduğunu danılmaz şəkildə sübut edir”, - o əlavə edib.