![Qaxda kişi həyat yoldaşına xəsarət yetirib](/uploads/images/2024/03/rs/image_750x_6602c5f2e7ece-750-1080-resize.webp)
Qax rayonunun Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 33 yaşlı G.Musazadəni döyərək xəsarət yetirib. Burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb. Faktla bağlı bağlı araşdırma aparılır.