XƏBƏRLƏR / İctimaiyyət

Ermənistan törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir

Ombudsman aparatı 7 il əvvəl bir yaşlı Zəhra və nənəsinin qətlə yetiriməsini xatırladıb

Ermənistan törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2017-ci il 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı Ermənistan hərbi birləşmələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetiriliblər.

    Bu barədə Ombudsman Aparatının sosial media paylaşımdan qeyd edilib.

    "Beynəlxalq təşkilatlar Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərinə hüquqi qiymət verməli, sülhə, insan hüquqlarına, o cümlədən uşaq hüquqlarına təhdidlərinin qarşısının alınması ilə bağlı tədbirlər görməlidir", - deyə əlavə edilib.

    Qeyd edək ki, vicdansız ermənilər qətlə yetirilən Zəhranın şəkillərini dəfələrlə, azərbaycanlılar tərəfindən öldürülmüş, erməni uşağı kimi qələmə veriblər.