Türkiyəli ağır atletlər Bakıda əyləndilər VİDEO

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan Türkiyə idmançıları medallarını Azərbaycana həsr etmişdilər

  • Oxuma müddəti:

    0 dəqiqə

  • İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan Türkiyə idmançıları ötən gün Bakıya gəlib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyası idmançıların şərəfinə ziyafət verib. Ziyafətdə onlar Azərbaycan rəqsləri oynayıblar. Medallarını Azərbaycana həsr edən türkiyəli idmançılarla dünən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva görüşüblər.