XƏBƏRLƏR / İctimaiyyət

YAP-ın səlahiyyətli nümayəndələri MSK-da qeydə alınıb

Partiyanın 77 səlahiyyətli nümayəndəsi qeydə alınıb

YAP-ın səlahiyyətli nümayəndələri MSK-da qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 6-da keçirilən iclasında Yeni Azərbaycan Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərində səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

    İclasda YAP-ın 77 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə bir səlahiyyətli nümayəndəsi qeydə alınıb.

    Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ümid Partiyasının, Böyük Quruluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.

    Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    MSK bundan əvvəl Respublikaçı Alternativ (REAL) Partiyasının, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.