Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərlənib
Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Rayon sakinləri, 1986-cı il təvəllüdlü R.Əmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az