BLOQ

"Qaynar müharibə" ilə "nə müharibə, nə sülh" arasında...

Azərbaycan dünyada həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə dövlət kimi sabitlik oxunun mərkəzidir

"Qaynar müharibə" ilə "nə müharibə, nə sülh" arasında...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Beləliklə, Azərbaycanın şimalında və cənubunda baş verəcək hadisələrin konturları nəhayət ki, aydın oldu. Bu, "qaynar müharibə" ilə "nə müharibə, nə sülh" vəziyyəti arasında özünəməxsus "yelləncəkdir"... Bu nəzarət edilən geosiyasi "qarışıqlıq" uzunmüddətli, bəlkə də uzun illər üçün planlaşdırılır.


    Bu geniş qeyri-sabitlik zonaları arasında Türk Dövlətləri Təşkilatının üzvlərinin ərazisi kifayət qədər sabit qalır. Azərbaycan dünyada həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə dövlət kimi bu sabitlik oxunun mərkəzində qalır.


    Buna görə də siyasətimizin formatı əvvəlcədən müəyyən edilib: Qoşulmama Hərəkatının prinsiplərinə uyğun olaraq neytrallıq və müdaxilə etməmək.
    Həmçinin, İkinci Dünya Müharibəsi dövründə Türkiyə və İsveçrənin xarici siyasət ənənələrinə ehtiyacımız ola bilər.


    P.S. Bu yaxınlarda yazdığım Avropa və Asiya arasında qurudan keçən "Süveyş kanalı" nəhayət formalaşıb.